Taekvondoçularımız beynəlxalq turnirdə
10.02.2025 - 22:25
Taekvondo üzrə gənclərdən ibarət milli komandamız Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
“Turkish Open”də gənclər yaş qrupu üzrə yarışlar fevralın 13-14-də baş tutacaq.
Turnirdə ölkəmizi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, taekvondo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0