Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.
Apasport.az xəbər verir ki, taekvondoçular oktyabrın 7-dən 17-dək Qubada keçirilən təlim-məşq toplanışında iştirak edib.
Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilən toplanış oktyabrın 24–30-da Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı doqquz idmançı (yeddi kişi və iki qadın) təmsil edəcək.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar