Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
14.05.2025 - 13:57

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Prezident Kuboku turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında dayanqa 10 idmançı çıxacaq.
Bu gün start götürəcək turnir 4 gün davam edəcək.
Qeyd edək ki, yarışda iştirak iyulun 20-26-da Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.
- Taekvondoçularımız Qazaxıstan və Özbəkistanda 6 medal qazanıblar
- ATF-nin təşkilatçılığı ilə dan imtahanı keçiriləcək
- Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreyaya səfər edib
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
- Taekvondoçularımızın dairəvi döyüş məşqləri keçiriləcək
0
0