Azərbaycan taekvondoçuları Türkiyənin İstanbul şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edir.
Apasport.az xəbər verir ki, məşqlərdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo bölməsinin rəhbəri Elməddin Vəliyevin rəhbərliyi altında yeniyetmə və gənclər yaş kateqoriyası üzrə 9 idmançı iştirak edir.
Toplanış çərçivəsində idmançılar Türkiyənin bir neçə tanınmış komandası ilə birgə intensiv məşqlər keçir, qarşılıqlı təcrübə mübadiləsi aparır və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyələrini daha da artırmaq imkanı əldə edirlər.
Bu cür təlim-məşq toplanışları idmançılarımızın texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada uğurlu çıxışlarına mühüm töhfə verir.
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Taekvondoçumuz dünya üçüncüsü olub
- Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək