Albaniyanın paytaxtı Tiranada keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha 2 idmançısı fəxri kürsüyə yüksəlib.
Yığma üzvlərindən Novruz Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Anar Abdullazadə (37 kq) isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla başa vurub. Yığmamızın heyətində daha öncə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, birincilikdə Azərbaycanın oğlanlardan ibarət yığması komanda hesabında üçüncü pillədə qərarlaşıb.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar