Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb
01.10.2024 - 15:57
Azərbaycan taekvondoçusu Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Vasif Səlimov (63 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.
O, Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.
Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0