Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına başlayıb
27.03.2025 - 22:21
Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandanın növbəti təlim-məşq prosesinə start verilib.
Apasport.az xəbər verir ki, martın 24-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıqlar aprelin 3-dək davam edəcək.
Bu il müxtəlif beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş taekvondoçularımız yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və komandanın böyük məşqçisi Cəlil Abdullayevin rəhbərliyi altında məşq keçirlər. Məqsəd qarşıdakı yarışlara hazırlıqdır.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
0