Almaniyalı tennisçi Aleksandr Zverev "US Open" turnirinin kişilər arasında fərdi yarışında çempion olub.
Apasport.az xəbər verir ki, 29 yaşlı raketka ustası finalda amerikalı Ben Şeltonu 3:1 hesabı ilə məğlub edib.
Zverev qarşılaşmada 6:3, 7:6 (7:2), 5:7, 6:2 hesabları ilə qalib gələrək karyerasında ilk dəfə ABŞ Açığın baş mükafatına sahib çıxıb.
Bu, almaniyalı tennisçinin karyerasında ikinci “Böyük Dəbilqə” tituludur. O, 2026-cı ildə “Rolan Qarros”un da qalibi olmuşdu.
Zverev 2020-ci ildə ABŞ Açığın finalına yüksəlsə də, həmin vaxt Dominik Timə uduzmuşdu.
Qeyd edək ki, Şelton 1/4 finalda Karlos Alkarası, yarımfinalda isə Frensis Tiafonu mübarizədən kənarlaşdırmışdı.
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi