İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
10.11.2025 - 12:49
İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün qadınlardan ibarət Azərbaycan millisi yarımfinal oyununda Misir seçməsi ilə qarşılaşıb.

Millimiz 8:5 hesabı ilə məğlub olaraq bürünc medala sahib olub.