 
                    Azərbaycan Voleybol Federasiyasının (AVF) komunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.
Apasport.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında yarışın 1/16 finalında “Rapid" (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
 
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            