Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Faiq Qarayev heyətə 16 voleybolçunun adını daxil edib.
Qitə birinciliyində Kristina Besman ("Omiçka", Rusiya), Raziyə Əliyeva ("DH Volley"), Natalya Solovyova ("Murov Az Terminal"), Polina Rəhimova ("GS Panionios", Yunanıstan), Yelizaveta Ruban ("Leninqradka", Rusiya), Marqarita Stepanenko (UNEC), Nərminə Musayeva ("Gəncə"), Ülkər Kərimova ("Turan"), İlhamə Əzimova ("Azərreyl"), Kseniya Pavlenko ("Milli Aviasiya Akademiyası"), Ayşən Abduləzimova ("Turan"), Aynur İmanova ("DH Volley"), Mariya Kirilyuk ("Yenisey", Rusiya), Yuliya Kərimova ("Turan"), Bəyaz Quluyeva ("DH Volley"), Ceyran İmanova ("DH Volley") mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”