Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
25.03.2026 - 13:50
Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə

Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.