
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, "Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.
Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı.
"Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1.
Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abeşron" görüşü isə 17:00-da başlayacaq.