"Azərreyl" türkiyəli mütəxəssislə yeni müqavilə imzalayıb
06.08.2025 - 12:52

"Azərreyl" voleybol komandası statistiki Batuhan Çeviklə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Azərreyl"də həm kişi, həm də qadın komandaların statistiki olan türkiyəli mütəxəssis növbəti mövsümdə də işini davam etdirəcək.
0
0