Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutub.
Apasport.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçirilib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan görüşdə "Azerreyl" "Xilasedici"ni 3:0 (29:27, 25:22, 25:22) hesabı ilə məğlub edib.
Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunub. "Turan" "Murov Az Terminal"ı 3:0 (25:18, 25:14, 25:19), "DH Volley" kollektivi isə "Milli Aviasiya Akademiyası"nı 3:0 (25:23, 25:17, 25:21) hesabı ilə üstələyib.
İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşib.