"Benfika"nın oyunçusu "Gəncə"də - RƏSMİ
12.08.2025 - 11:45
"Benfika"nın oyunçusu "Gəncə"də - RƏSMİ

"Gəncə" heyətini braziliyalı voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Luisa Tomaz ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ötən mövsümü Portuqaliyanın "Benfika" komandasında keçirib.

Qeyd edək ki, braziliyalı voleybolçu Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub, həmçinin Braziliya Super Liqasında gümüş medal qazanıb.