Bu gün Yüksək Liqaya start veriləcək
                    
                    03.12.2024 - 12:43
                        
                     
                    Bu gün qadın voleybolçular arasında Yüksək Liqaya start veriləcək.
Apasport.az xəbər verir ki, I turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.
Matçlar Bakıda və Gəncədə baş tutacaq.
İlk olaraq "Gəncə" doğma azarkeşləri önündə "Abşeron"la üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.
Saat 15:00-da "Milli Aviasiya Akademiyası" - "Azərreyl", saat 17:00-da isə "Murov Az Terminal" - UNEC oyunu başlayacaq.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            