Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər
09.09.2025 - 15:03
Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi İtaliyanın Corigliano Rossano şəhərinə yola düşüblər.

Bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

11-14 sentyabr tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.