Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər
10.08.2026 - 12:26
Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər

Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, FIVB reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Turnirdə ölkəmiz baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.