Faiq Qarayev mükafatlandırılıb
01.09.2026 - 22:33
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisə Türkiyə Voleybol Federasiyası tərəfindən xüsusi mükafat təqdim olunub.
Mükafatı İstanbulda keçirilən Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə – Azərbaycan qarşılaşması çərçivəsində Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib.
Faiq Qarayev bu mükafata Türkiyədə voleybolun inkişafındakı xidmətlərinə görə layiq görülüb.
0
0