Federasiya rəhbərliyi millinin məşqində
23.08.2025 - 20:37
Federasiya rəhbərliyi millinin məşqində

Azərbaycan Voleybol Federasiyasının (AVF) 17 yaşadək oğlanlardan ibarət milli komandamızın III MDB Oyunları öncəsi məşq prosesini izləyiblər.

Apasport.az xəbər verir ki, baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov komandanın düşərgəsinə baş çəkiblər.

Federasiya rəsmiləri Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan məşqdən əvvəl komanda üzvləri və məşqçilər heyəti ilə görüşüblər. Onlar ölkəmizin ev sahibliyi etdiyi yarışda yığmamızın uğurlu çıxışına inamlarını bildiriblər və voleybolçularımıza uğurlar arzulayıblar.