
Qadın və kişi voleyboçuların Yüksək Liqasında üçüncü yer uğrunda və final oyunlarının tarixləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, qadınlar arasında qalib aprelin 24-də, kişilər arasında isə bir gün sonra bəlli olacaq.
Mükafatla uğrunda mübarizəyə sabah start veriləcək. Qadınların yarışında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər.
Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “Azərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
Üçüncü yer uğrunda oyun
19 aprel
Qadınlar (birinci oyun)
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
GİN-nin Voleybol Mərkəzi
Üçüncü yer uğrunda oyun
20 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Kişilər (birinci oyun)
17:00. “Neftçi” - “Xilasedici”
GİN-nin Voleybol Mərkəzi
FİNAL
21 aprel
Qadınlar (birinci oyun)
15:00. “AZERRAIL” - “Abşeron”
Üçüncü yer uğrunda oyun
Kişilər (ikinci oyun)
17:00. “Xilasedici” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi
Final
22 aprel
Kişilər (birinci oyun)
15:00. “AZERRAIL” - “Murov Az Terminal”
GİN-nin Voleybol Mərkəzi
Final
24 aprel
Qadınlar (ikinci oyun)
15:00. “AZERRAIL” - “Abşeron”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası
Final
25 aprel
Kişilər (ikinci oyun)
15:00. “Murov Az Terminal” - “AZERRAIL”
Mükafatlandırma mərasimi
Milli Gimnastika Arenası