"Gəncə"də yeni müqavilə - RƏSMİ
08.08.2025 - 12:27
"Gəncə"də yeni müqavilə - RƏSMİ

"Gəncə" heyətinə yeni voleybolçu cəlb edib.

Apasport.az xəbər verir ki, komanda Əhyaxanım Fərzullayeva ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü "Murov Az Terminal" klubunda keçirən oyunçu karyerası ərzində "Milli Aviasiya Akademiyası"nın da şərəfini qoruyub.