“Gəncə”dən inamlı qələbə, “Azərreyl” məğlub olub
                    
                    19.12.2024 - 19:56
                        
                     
                    Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024-cü ilin son oyunları keçirilib.
Apasport.az xəbər verir ki, IV turun ilk qarşılaşmasında "Gəncə" UNEC-i qəbul edib.
Qərblilər inamlı qələbəyə seviniblər - 3:0.
"Abşeron" - "Azərreyl" görüşündə birincilər qalib gəlib - 3:1.
"Milli Aviasiya Akademiyası" isə "Murov Az Terminal"dan güclü olub. Komanda 3:1 hesabı ilə qələbə qazanıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            