
Bu gün III MDB Oyunlarında mübarizə aparan oğlan voleybolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmada millimizin rəqibi Özbəkistan komandası olub.
Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə Belarus yığması Qırğızıstan komandasını 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 4-də Rusiya millisinə qarşı keçirəcək.
III MDB Oyunları
Belarus - Qırğızıstan 3:1 (25:22, 25:18, 27:29, 25:16)
Azərbaycan - Özbəkistan 0:3 (20:25, 20:25, 24:26)