III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
04.10.2025 - 21:11
III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub

Bu gün III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub.

Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya Azərbaycan və Rusiya yığma komandaları çıxıblar. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya yığması qalib gəlib.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.

4 oktyabr 
Belarus - Özbəkistan 3:1 (25:19, 25:23, 16:25, 25:20)
Azərbaycan - Rusiya 0:3 (17:25, 20:25, 16:25)