İslam Oyunları: Voleybolçularımız Türkiyəyə məğlub olub - FOTO
09.11.2025 - 18:33
İslam Oyunları: Voleybolçularımız Türkiyəyə məğlub olub - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün üçüncü oyununu keçirib.

Apasport.az xəbər verir ki, qızlarımızın rəqibi Türkiyə milli komandası olub.

Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.

VI İslam Həmrəyliyi Oyunları 
9 noyabr
Azərbaycan - Türkiyə 0:3 (12:25, 8:25, 10:25)