İtaliyada Avropa çempionatının püşkatma mərasimi keçiriləcək
02.10.2025 - 14:27
İtaliyada Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, "EuroVolley 2026"nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq.

Qadın voleybolçuların Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək.

Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq.

Püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında keçiriləcək.

CEV-in "YouTube" kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.