Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
16.10.2025 - 10:35
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 15:00-da "Neftçi" "Ordu" ilə, 17:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, turun "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix barədə məlumat veriləcək.