Kristina Besman: “Sona qədər mübarizə apardıq”
25.08.2026 - 10:05
Kristina Besman: “Sona qədər mübarizə apardıq”

Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman AVRO-2026-nın C qrupunda Rumıniya üzərində qazanılan qələbəni şərh edib.

Apasport.az xəbər verir ki, voleybolçu oyunun çətin keçdiyini bildirib:

“Çox çətin oyun oldu. Rumıniya güclü komandadır, xüsusilə servislərdə çox yaxşıdır. Bəzi məqamlarda qəbullarda çətinliklər yaşadıq. Lakin qalib gəlmək üçün əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq və qələbə qazandıq”.