MDB Oyunlarında voleybol yarışlarına yekun vurulub
06.10.2025 - 20:56
MDB Oyunlarında voleybol yarışlarına yekun vurulub

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışlarına yekun vurulub.
 
Apasport.az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət millisi Belarusa 3:1 hesabı ilə uduzub.
 
Birinci Rusiya, ikinci Belarus, üçüncü isə Özbəkistan olub.
 
Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.