“Milli Aviasiya Akademiyası”nda iki yeni müqavilə
13.08.2025 - 17:33

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətini iki yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı voleybolçular - Yovana Cociç və İva Laziçin keçidi rəsmiləşib. Onlarla 1 illik müqavilə imzalanıb.
Cociç son olaraq Yunanıstanın “AONS Milon”, Laziç isə ölkəsinin “Partizan” komandasında çıxış edib.
0
0