“Milli Aviasiya Akademiyası”ndan yeni transfer
11.08.2025 - 13:24
“Milli Aviasiya Akademiyası”ndan yeni transfer

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Azərbaycan millisinin üzvü Yelizaveta Burkovanın keçidini rəsmiləşdirib.

Voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yelizaveta Burkova ötən mövsümü “Abşeron”da keçirib.