
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu avqustun 13-də keçiriəcək.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan yığmamız bu dəfə Belçika yığması ilə üz-üzə gələcək.
Bu gün voleybolçularımız qarşılaşmanın təşkil olunacağı Roeselare şəhərinə yola düşüb.
Qeyd edək ki, ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin yekun heyəti:
Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Calalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
13 avqust
20:15 Belçika - Azərbaycan