Millimiz üçün Monteneqro sınağı
07.06.2025 - 10:52
Millimiz üçün Monteneqro sınağı

Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında bu gün növbəti oyunlar keçiriləcək.

Apasport.az xəbər verir ki, qələbə həsrətində olan Azərbaycan millisi dördüncü qarşılaşmasında Monteneqro ilə üz-üzə gələcək. 

Slovakiya keçiriləcək matçda Faiq Qarayevin komandası ilk qələbəsini qazana bilər. Hələlik aktivində set və xal olmayan voleybolçularımız özlərindən bir pillə öndə olan rəqiblə gücünü yoxlayacaq. Monteneqro yarışda sonuncu olan millimizdən 1 oyun az keçirib və hesabında 1 hissədə qələbə var. 

Qızıl Avropa Liqası
7 iyun, IV tur
20:00. Monteneqro - Azərbaycan
Hakimlər: 
Stanislava Smiç (Serbiya), Bosko Miliç (Avstriya)
Bratislava, “Sport Hall Gopass Arena”

Qeyd edək ki, 12 komandanın iştirakı ilə keçirilən yarışda turnir cədvəlinə 9 xalla Ukrayna başçılıq edir.