Millimiz Yunanıstanla bacarmadı - YENİLƏNİB
06.06.2026 - 19:55
Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə nəticələnib. Balkan yarımadası təmsilçiləri hər üç seti qələbə ilə tamamlayıblar - 3:0 (25:20, 25:22, 25:7).
Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
0
0