“Neftçi”dən inamlı qələbə
06.01.2026 - 21:18
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Gənclər" komandası ilə üz-üzə gəlib.
Görüş "ağ-qaralar"ın 3:0 (25:10, 25:10, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Növbəti qarşılaşmada isə "Ordu" "Murov Az Terminal" kollektivini üstələyib - 3:2 (25:15, 20:25, 25:22, 23:25, 15:10).
0
0