Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
                    
                    09.11.2024 - 15:18
                        
                     
                    Azərbaycanın çimərlik voleybolçularından ibarət millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Alanya şəhərinə yollanıb.
Apasport.az xəbər verir ki, yığmamız qardaş ölkədə Almaniya, Avstriya və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, noyabrın 22-dək davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            