Kişi voleybolçular arasında Avropa Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, Albaniyada keçirilən oyunların startında millimiz meydan sahibləri ilə üz-üzə gəliblər.
Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Üç setdə ümumilikdə 55 xal qazanan komandamızın heyətində ən məhsuldar oyunçu Dmitri Obodnikov olub. Milli komandamızın 10 nömrəli voleybolçusu rəqibi 10 dəfə məyus edib.
Rəsul İbrahimov isə 6 xalı bayram edib.
Digər voleybolçularımızdan Vüqar Bayramov 4, Pərviz Səmədov və Dmitri Baranov 3, Cavid Süleymanov 2, Aleksey Çervyakov və Aqil Ağazadə isə hərəyə 1 xal qazanıblar.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər