Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak “Beşiktaş”da forma ilə bağlı seçimini edib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı blokçumuz İstanbul təmsilçisinin heyətində yeni nömrə ilə oynayacaq.
Belə ki, Poznyakın yığmada və klublarda geyindiyi “2” nömrəli forma komandanın hücumçusu Tuğba Şenoğluda olduğundan təmsilçimiz “5”i seçib.
Qeyd edək ki, 2,5 ay öncə “Beşiktaş”la müqavilə imzalayan Kseniyanın XII tur çərçivəsində “İdmanocağı” ilə qarşılaşmada debüt edəcəyi gözlənilir. Artıq Avropa Voleybol Konfederasiyası İstanbul klubuna qoyduğu transfer qadağasını aradan götürüb və komanda yeni oyunçusunu meydana buraxa biləcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib