“Real”ın hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard “Milan”la anlaşıb.
“Çelsi” və “Mançester Yunayted”in də maraq dairəsində olan İspaniya millisinin üzvü “rossonyerlər”in təklifini müsbət cavablandırıb. Keçid reallaşarsa, Moratanın “Milan”da illik məvacibi 7,5 milyon avro təşkil edəcək. Futbolçu ilə ortaq məxrəcə gələn italyanlar artıq “Real”la danışıqlara start verib. “Milan” bu transfer üçün qarşı tərəfə ilkin olaraq 60 milyon avro təklif edib.
Qeyd edək ki, “Real” 2014-cü ildə 20 milyon avroya “Yuventus”a satdığı Moratanı ötən yay 30 milyon avroya qaytarıb.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər