Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatına 100 qalır. Apasport.az saytının məlumatına görə, cəmi 100 gündən sonra “köhnə qitə”nin diqqəti ölkəmizə yönələcək.
Təkcə Avropanın deyil, planetin digər ölkələrinin də səbirsizliklə gözlədiyi yarış start nöqtəsinə yaxınlaşır. Qarşıdakı 100 gündə Azərbaycan və Gürcüstan təşkilatı məsələlərindəki hazırlıqlarını yekunlaşdıracaq, həmçinin yarışda mübarizə aparacaq 16 ölkə isə heyətini tam formalaşdıracaq.
Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.
Qeyd edək ki, sentyabrın 22-də start götürəcək yarışda yığmamız A qrupunda Almaniya, Polşa və Macarıstanla oynayacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər