[b]Bakı klubu avrokubokda 10 top fərqi ilə uduzdu[/b]
11.02.2017 - 10:07
Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi ABU ilk matçını “Kram Start Elblaq” klubuna qarşı keçirib.
Polşada baş tutan qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Belə ki, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi ABU ilk görüşündə 10 top fərqi ilə uduzub. Komandamız ilk hissəni 11:13 hesabı ilə geridə bitirsə də, yekunda 23:33 hesabı ilə məğlub olub.
İkinci matç da bu gün Polşada təşkil olunacaq.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
0
0