Qadın voleybolçulardan ibarət Almaniya millisinə yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda keçiriləcək Avro-2017-də rəqibimiz olan Bundestimin “sükanı” Feliks Kozlovskiyə həvalə edilib.
33 yaşlı gənc mütəxəssis 9 il Bundestimdə ikinci məşqçi işləyib. O, italiyalı mütəxəssis Covanni Quidettinin köməkçisi kimi də tanınır. Kozlovskinin debütü dünya çempionatının seçmə mərhələsinə təsadüf edəcək.
Gənc mütəxəssis bunadək bir müddət baş məşqçi əvəzi kimi də çalışıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatında Almaniya ilə görüşə sentyabrın 25-də çıxacaq.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb