Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək ölkənin və şəhərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub turnirinin həlledici oyunları ötən il olduğu kimi yenə də İtaliyada baş tutacaq.
Bu dəfə “Dördlər finalı”nın təşkilatçılığını “Telekom”la A qrupunda yer alan “Konegliano” öz üzərinə götürüb. Aprelin 22-23-nə təsadüf edəcək matçlar Trevizo şəhərində oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqasında “Azərreyl”lə “Telekom” oynayır. “Rabitəçilər”dən fərqli, “dəmiryolçular” hələ növbəti mərhələ şanslarını davam etdirirlər.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb