Qadın voleybolçular arasında klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Yaponiyanın Kobe şəhərində keçirilən mundialın açılış matçında Moskva “Dinamo”su İstanbulun “Vakıfbank” klubu ilə qarşılaşıb.
Oyun Çempionlar Liqasını qazanan Türkiyə təmsilçisinin darmadağını ilə yekunlaşıb.
I turun digər matçlarında da darmadağın qeydə alınıb. Çempionlar Liqasının bürünc medalçısı “Əczaçıbaşı”nın “Volero”ya “quru hesab”la uduzması gözlənilməz olub. 4 görüşdə yalnız “Hisamitsu” “Rexona Sesc”dən 1 set “qopara” bilib.
I tur
A qrupu
“Dinamo” (Rusiya, Moskva) - “Vakıfbank” (Türkiyə) – 0:3 (22:25, 19:25, 18:25)
“Hisamitsu” (Yaponiya) - “Rexona Sesc” (Braziliya) – 1:3 (16:25, 25:20, 16:25, 21:25)
B qrupu
“Volero” (İsveçrə) - “Əczaçıbaşı” (Türkiyə) – 3:0 (25:22, 25:20, 26:24)
NEC (Yaponiya) - “Osasko” (Braziliya) – 0:3 (11:25, 17:25, 19:25)
Qeyd edək ki, indiyədək 10 dəfə keçirilən yarışda Azərbaycanın “Rabitə” klubu 2 dəfə təmsil olunub. Artıq mövcud olmayan komanda 2011-ci ildə mundialın qalibi olduğu halda, 1 il sonra gümüş medalla kifayətlənib.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər