İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən keçirilmiş “Bləkbörn” – “Mançester Yunayted” oyununda maraqlı an yaşanıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, ev sahiblərinin azyaşlı azarkeşinin addımı hamının marağını cəlb edib.
Belə ki, meydana futbolçularla birlikdə çıxan uşaqlardan biri matçın hakimi Martin Atkinsondan “Bləkbörn”ün futbolçularına vərəqə göstərməməyi xahiş edib. Onun bu hərəkətini “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da təəəcüblə qarşılayıb.
Atkinson azyaşlı “Bləkbörn” azarkeşinin xahişini tam olaraq yerinə yetirməyib. Belə ki, 90 dəqiqə ərzində referi ev sahiblərindən Derrik Uilyamsı sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, “Bləkbörn” – “Mançester Yunayted” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb