Kişi voleybolçulardan ibarət İsveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar iyunun 16-da start götürəcək yarış üçün 18 oyunçu sifariş ediblər.
Avropa çempionatının I seçmə mərhələsində də Azərbaycan millisinin rəqibi olmuş isveçlilər bu dəfə də demək olar ki, eyni oyunçulara güvənəcək.
Komandanın baş məşqçisi Yohan İsaksonnnun Azərbaycan, Albaniya və Makedoniya ilə görüşlər üçün çağırdığı voleybolçuların siyahısı aşağıdakı kimidi:
Toppaylayıcılar: 15. Viktor Nielsen, 17. Andreas Eriksson, 18. Dardan Luştaku
Blokçular: 6. Yans Ahremark, 9. David Pettersson, 10. Vilhelm Nilsson, 11. Filip Pettersson
Hücumçular: 4. Fredik Qustavsson, 5. Staffan Blomqren, 7. Yakub Viyk, 8. Markus Nilsson, 12. Erik Sundberq, 13. Viktor Lindberq, 14. Yakub Link, 21. Arno Slipaç, 1. Linus Ekstrand
Liberolar: 2. Anton Viyk, 19. Yohan Eriksson
Qeyd edək ki, İsveç – Azərbaycan matçı ilk mərhələnin ev sahibi Makedoniyada iyunun 17-də olacaq. Albaniyanın qəbul edəcəyi son mərhələdə isə iyunun 25-nə təsadüf edəcək.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər