Qadınlar arasında voleybol üzrə Türkiyə çempionatında XV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan millisində çıxış edən iki voleybolçunun komandası da meydana çıxıb.
Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” öz meydanında “Eczaçıbaşı” ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yana bu görüşdə 9 xal toplayıb.
Kseniya Poznyakın komandası “Beşiktaş” da turu məğlubiyyətlə başa vurub. “Qara qartallar” səfərdə “Halkbanka” boyun əyməli olublar. Kseniyanın topladığı 10 xal komandasına kömək etmək üçün yetərli olmayıb.
Qeyd edək ki, geridə qalan 15 turdan sonra “Çanaqqala Bld.” 27 xalla 5-ci, “Beşiktaş” isə 19 xalla 8-ci pillədə qərarlaşıb.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb