Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenko karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, “Azəryol”da çıxış edən 35 yaşlı blokçu bu gün vida matçına çıxacaq.
Vaxtilə şərəfini qoruduğu “Azərreyl”lə az sonra başlayacaq matç Parxomenko üçün həm mövsümdə, həm karyerasında sonuncu olacaq.
Karyerasına Bakının “Neftyağ” (1999-2000) klubunda başlayan Yelena sonradan “Lokomotiv” (2000-01, 2009-12), “Azərreyl” (2001-07, 2007-09, 2013-14) və “Azəryol” (2012-13, 2015-17) çıxış edən blokçumuz legioner karyerası da yaşayıb. 2007-ci ildə İtaliyanın “Padova”, 2015-ci ildə Tailandın “Ayutthaya” klublarında çıxış edən Yelena sonuncularla ölkə çempionluğunu yaşayıb.
Qeyd edək ki, uzun müddət yığmamızın əsas heyət üzvlərindən olan Parxomenko DÇ-2006 və DÇ-2014-ün final mərhələsində də iştirak edib. Yelenanın bacısı, millimizin kapitanı Oksana Parxomenko 2015-ci ildə, Avropa Oyunlarından sonra karyerasını başa vurub.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb